Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Fikrət Əmirovun musiqi dünyası” başlıqlı musiqi saatı kecirilib

14.06.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 saylı kitabxana filialı 14.06.2022ci il tarixdə görkəmli bəstəkar, Azərbaycan  tanınmış ictimai xadim Fikrət Əmirovun anadan olmasinin 100 illiyi ilə əlaqədar " Fikrət Əmirovun musiqi dünyası" başlıqlı musiqi saatı kecirdi.Kitabxanaçı Xatirə Verdiyeva iştirakçılara bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verərək bildirdi ki, Azərbaycanı dünyaya tanıdan milli bəstəkarlıq məktəbinin ən layiqli nümayəndələrindən biri olan Fikrət Əmirov 1922-ci il noyabr ayının 22-də Gəncə şəhərində məşhur tarzən , xanəndə ailəsində anadan olmuşdur .
4 saylı musiqi məktəbinin fortepiano müəlliməsi İlahə Məmmədova öz növbəsində çıxış edərək bildirdi ki, Fikrət Əmirovun  musiqisi öz coşğunluğu , təsirli ifadə gücü , melodikliyi ilə dinləyicisini valeh edir. 
" Mən həmişə arzulamışam ki, Azərbaycan musiqisi Yer kürəsinin hər bir nöqtəsində səslənsin. Çünki xalqın musiqisi ilə onun özü haqqında fikir yaratmaq olar.Əgər mən bütün həyatımın bu arzusunu qismən də olsa həyata keçirə bilsəm özümü xoşbəxt sanardım " , deyən Fikrət Əmirov sözün əsl mənasında xoşbəxt sənətkardir. Çünki onun arzusu sağlığında ikən həyata keçmişdir.
Sonda fortepiano müəlliməsi Sevinc Qafarova bəstəkarin " "Uşaq lövhələri", " İki sahil" romansından parcalar ifa etdi.

 

75.6 KB