14.06.2022
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 14.06.2022-ci il tarixdə 15 İyun Milli Qurtuluş Günü münasibətilə "Xilaskarlıq missiyası" başlıqlı onlayn ədəbi-bədii gecə keçirdi. Ədəbi-bədii gecəni kitabxana filialının müdiri Rahilə Qasımova açaraq tədbir iştirakçılarını salamladı və hamını 15 İyun Milli Qurtuluş Günü münasibətilə təbrik etdi. Rahilə Qasımova söylədi ki, 15 İyun Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı səhifələrindəndir. 1997-ci ildən başlayaraq hər il iyunun 15-i ölkəmizdə Milli Qurtuluş Günü bayram kimi qeyd edilir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
Tədbirdə ADAU-nin Ümumi tarix kafedrasının müdiri, professor Azad Bayramov, GDU-nin Ümumi tarix kafedrasının dosenti, Tarix üzrə fəlsəfə doktoru Hüseyn Bəxtiyarlı Milli Qurtuluş Günü haqqında ətraflı məlumat verdilər: Həmin dövrdə Azərbaycan sadəcə daxili yox, xarici siyasət və təhlükəsizlik problemləri ilə qarşılaşmışdı.Vətənin agır günündə xalqın təkidli dəvətini qəbul edən Azərbaycanın görkəmli oğlu Heydər Əliyev iyunun 9-da Bakıya gəldi. Ulu Öndərin 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışı ilə dövlətimizin müstəqilliyinin qorunub saxlanması bərqərar oldu və ölkəmizdə milli barış və inkişaf dövrü başladı. Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşüb. Hər kəsə yaxşı məlumdur ki, Heydər Əliyev müasir Azərbaycanın dövlətçilik tarixində ən parlaq simadır.
Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirməsi, II Qarabağ Vətən müharibəsində Tarixi qələbəmiz, Azərbaycanın dünya miqyasında nüfuz qazanması Azərbaycanın hələ bundan sonra daha böyük uğurlara nail olacağından xəbər verir.
Ədəbi-bədii gecədə 24 saylı tam orta məktəbin şagirdləri Nuray Quliyeva "O, qalib yaşadı", Fatimə, Ənvər Məmmədovlar "Dədə Heydər-Atatürk", 29 saylı tam orta məktəbin şagirdləri Aysun Dadaşova "Sən qalib gələcəksən", Elcan Əkbərov "Azərbaycanım mənim" şeirlərini söylədilər və Nərmin Məsimova sazda "Ruhani", havasını ifa etdi. Sonda Milli Qurtuluş gününə aid videoçarx nümayiş etdirildi.