Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Zərərli vərdişlərə yox!”adlı tədbir təşkil olunub

14.06.2022

14.06.2022-ci il tarixdə Nizami Gəncəvi Muzeyində "Zərərli vərdişlərə yox!"adlı tədbir təşkil olundu. Tədbirdə 12 saylı məktəbin müəllim və şagird kollektivi iştirak edirdilər. Muzeyin konfrans zalında təşkil olunan tədbirdə çıxış üçün söz direktor əvəzi Könül Süleymanovaya verildi.O, öz nitqində bildirdi: "Vərdişlərə başlamaq nə qədər asandırsa ondan qurtulmaq bir o qədər çətindir. Bu tamamilə psixoloji prosesdir. Zərərli vərdişdən xilas üçün öncə bu vərdişin necə, nə zaman, hansı vəziyyətdə yarandığını insan şəxsən özü və ya mütəxəssisin köməkliyi ilə analiz etməlidir. Məsələn insan hansı vəziyyətdə daha çox spirtli içki içmək ehtiyacı hiss etdiyini anlayarsa, bu qismən də olsa zərərli vərdişlə mübarizə aparmağa köməklik edir. Ümumiyyətlə zərərli vərdişdən xilas üçün insan əvvəlcə bunu istəməlidir və istəməsi üçün bir neçə konkret səbəbi olmalıdır.
Sonda məktəblilər muzey işçilərinə və rəhbərliyə dərin təşəkkürlərini bildirdilər.

 

51.3 KB