14.06.2022
14 iyun 2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalında Milli Qurtuluş günü münasibətilə ”Tariximizin dönüş anı” başlığı altında tədbir keçirildi.Tədbirdə 9 saylı orta məktəmin müəllim və şagirdləri iştirak edirdi.Tədbiri giriş sözü ilə Oxu zal müdiri Mehriban Həbibullayeva açaraq, xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 iyun- Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlanmasından danışdı. 9 saylı məktəbin müəllimi Yasəmən Məmmədova,MKS-in metodisti Pərvanə İsmayılova çıxış edərək bildirdilər ki, azadlıq, müstəqillik hər bir xalq, dövlət üçün ən müqəddəs nemətdir. Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi uğrunda illərlə mübarizə aparmasından, bu yolda minlərlə şəhid verməsindən,Ulu öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisi hər bir dövr üçün aktuallığını qorumasından danışdılar.Ulu Öndərə həsr olunmuş şerlər söylədilər Ruslan Həbibullayeva,Qarayev Qəzənfər şerlər söylədilər.