14.06.2022
13.06.2022-ci il tarixində Naftalan şəhər uşaq musiqi məktəbində "15iyun Milli Qurtuluş günü"münasibətilə "Həsrətin sonu"poeziya antologiyası kitabının təqdimatı keçirildi. Tədbirdə şəhid və l Qarabağ müharibəsində itkin düşmüş əsgərlərin ailələri,Naftalan şəhər Əlillər Cəmiyyətinin sədri,Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər nümayəndəliyinin işçiləri,Xocalı 1nomrəli uşaq musiqi məktəbinin direktoru Ziya Aşurov,R.Qarayev adına Xan Qərvənd kənd uşaq musiqi məktəbinin direktoru Faiq Hüseynov iştirak edirdilər.Tədbiri məktəbin direktoru Almaz Əliyeva açıq elan edərək səhnəyə kitabın müəlliflərindən biri olan məktəbin müəllimi Səyyarə İsmayılovanı(təxəllüsü:Səyyarə Könül) səhnəyə dəvət etdi.Səyyarə İsmayılova kitab barədə məlumat verərək bildirdi ki,"Həsrətin sonu"antologiyasında 48nəfər şair və həvəskar yazarların məqalə,mənsur şeirlər,hekayə və şeirləri yer almışdır.Kitab əsasən l və ll Qarabağ Müharibəsində ,Aprel döyüşlərində itkin düşmüş və şəhid olmuş vətən oğullarına həsr olunmuşdur.
Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin müəllimləri Ceyhunə Tanrıverdiyevanın təqdimatında Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş kapitan Vaqif Dilqəm oğlu Bayramov və 44-günlük müharibənin ilk günü həlak olmuş məktəbin şagirdi 13 yaşlı şəhid Şəhriyar Qurbanov haqqında müəllifin "Şəhidin var Kapitan...",İtkin Nəsibov Habil İbrahim oğluna həsr olunmuş "Küknar ağacının əyri budağı"(müəllifin "Unutmadıq"kitabından),
Taliyə Şahmuradovanın təqdimatında lQarabağ muharibəsində itkin düsmüş Zeynalov Ayaz Məhyəddin oğluna həsr olunmuş"Geri qayıtmağı "Unudanlar"" ,Ülviyyə Namazovanın təqdimatında İtkin Eldar Aslanoğluna ithaf olunmuş "Nisgilli bulağın nəğməsi"adlı məqalə və şeirləri səsləndirildi.Məktəbin səs müəllimi İlqar Qasımovun çıxışı ilə "Humayun" və "Zəmin-xarə" muğamı,məktəbin Kapitan Vaqif Bayramov adına "Vətənpərvərlər"qrupunun hazırladığı kompozisiyalar,"Cəngi"qarmonçalanlar ansamblının çıxışı tədbir iştirakçıları tərəfindən alqışlandı.
Səyyarə İsmayılova dəvət olunmuş hər bir şəhid və itkin düşmüş əsgərlərin ailələrinə sözügedən kitabı hədiyyə etdi,sonda müəllifin digər "Unutmadıq"adlı kitabı məktəbin kitabxanasına hədiyyə verildi və tədbir iştirakçıları ilə xatirə foto şəkilləri çəkdirildi.