Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İstedadlı adamlar və işin müvəffəqiyyəti” adlı məruzə keçirilib

14.06.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialında 14.06.2022-ci il tarixində  İnsan resursları ilə bağlı “İstedadlı adamlar və işin müvəffəqiyyəti” adlı məruzə edildi. Tədbiri filialın müdiri Firuzə Yunusova açdı və çıxış üçün sözü 27 saylı orta məktəbin praktik psixoloqu və Regional Gender İnkişaf Mərkəzinin Gəncə şəhəri üzrə psixoloqu Aynur Nağıyevaya verdi. Məruzəçi çıxışında qeyd etdi ki, insanı istiqamətləndirən, onu iş həyatı və təbii mühit ilə bağlayan onun dünyagörüşü, mənəvi siması və təhsilidir. Bir insanın dəyəri, qabiliyyət və bacarıqlarının çoxluğuna görə deyil, onları necə istifadə edəcəyinə əsasən ölçülməlidir. İnsan Resursları insanın sahib olduğu bilik və bacarıqların ən yaxşı şəkildə dəyərləndirilməsidir. İnsan istehsal prossesinin ayrılmaz hissəsi olmaqla yanaşı,eyni zamanda onun hədəfidir.İnsan resursları termini təşkilatın daxili və xarici insan potensialından yararlana biləcəyi bütün insanları ifadə edir,yəni birinci rəhbərdən tutmuş ən aşağı vəzifədə çalışan işçiləri və potensialları əhatə edir. Rəhbərlik və digər struktur bölmələrlə düzgün ünsiyyət əlaqələrini qurmaq, rəhbər-işçi əlaqələrinin düzgün qurulmasında vasitəçilik etmək İnsan Resurslarının əsas vəzifələrindən biridir. İnkişaf etməkdə olan mühit, müəssisə və təşkilat rəhbərlərini gələcəkdəki dəyişiklikləri və qeyri-müəyyən vəziyyətləri nəzərə alaraq daha tədbirli və düzgün qərarlar verməyə çağırır.

 

 

 

157 KB