14.05.2018
Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Goranboy rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi, şəhid Saqi Qanboy oğlu Kərimovun adını daşıyan uşaq baxçasında “Nağıl qatarı” adlı nağıl günü təşkil etdi. Əvvəlcə balacalara Azərbaycan nağılları seriyasından “Dəcəl cırcırama”, “Kəpənəklər”, “Hind toyuğu və tovuzquşu”, “Dost, dosta tən gərək” adlı nağılarını kitabxanaçı Pakizə İsmayılova oxudu. Sonra balacalar öz bildikləri nağıl və şeirləri söylədilər. Tədbirdə balacalar kitabxanaya yeni daxil olmuş kitab və jurnallarla tanış oldular, yeni oxucu kimi üzv yazıldılar.