Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”15 iyun -Qurtuluşun zəfər günü ”adlı  dəyirmi masa keçirilib

14.06.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 saylı kitabxana filialı Milli Qurtuluş günü ilə əlaqədar "15 iyun -Qurtuluşun zəfər günü "adlı  dəyirmi masa keçirdi. Böyük kitabxanaçı Nahidə Əliyeva  çıxış edərək tədbir iştirakçılarını bu günkü gün münasibətilə təbrik etdi.Tariximizə Milli Qurtuluş kimi daxil olmuş 15 iyun böyük ictimai ,siyasi və tarixi əhəmiyyətə malik bir gündür.Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında ,  möhkəmlənməsində , müstəsna rol oynayan , daim xalqına arxalanan Heydər Əliyevdir. Kitabxananın fəal oxucusu Lalə Əliyeva çıxış edərək ulu öndər Heydər Əliyevin 1993 - cü ilin 15 iyununda hakimiyyətə qayıdışının Azərbaycan müstəqillik və dövlətçilik tarixində müstəsna yerindən söz açdı. İştirakçı Rəna Behbudova qeyd etdi ki, beləliklə , Azərbaycanın parcalanması təhlükəsi aradan qaxdı.                        

    Tədbirdə kitabxananın fəal oxucuları ,4 saylı musiqi məktəbinin müəllimə və şagirdləri iştirak edirdi.

 

78.6 KB

 

85 KB