Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı şeir saatı keçirilib

14.06.2022

13.06.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialı 15 iyun Milli Qurtuluş günü münasibətilə “Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı şeir saatı keçirdi.
Tədbiri filialın müdiri Esmira Həsənova açaraq bildirdi ki,15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış hadisədir. Həmin gün Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub.
Sonra isə filialın kitabxanaçısı Nailə Məmmədova çıxış edərək bildirdi ki, iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.
Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
Daha sonra isə Gəncə şəhər 20 №-li tam orta məktəbin şagirdi Əsgərova Gözəl, Samux rayonu Alıuşağı kənd tam orta məktəbin şagirdləri Sədaqət Vəliyeva, Jalə Nəsibova, Gəncə şəhər 21 №-li tam orta məktəbin şagirdi Yaşar İskəndərli Vətənə, müstəqilliyə, Ulu öndərə həsr olunmuş şeirlər söylədi.
Tədbirdə Gəncə şəhər 20 №-li tam orta məktəbin, Gəncə şəhər 21 №-li tam orta məktəbin və  Samux rayonu Alıuşağı kənd tam orta məktəbin şagirdləri iştirak etdi.

 

129.2 KB