14.06.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 22 saylı kitabxana filialı 14.06.2022-ci il tarixdə Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi ilə əlaqədar "Dahi bəstəkarımız" başlıqlı tədbir keçirdi. Böyük kitabxanaçı Aynur Abbasova çıxış edərək bəstəkarın həyatı haqqında iştirakçılara məlumat verdi.
4 saylı Musiqi məktəbinin fortepiano müəlliməsi Rəna Behbudova iştirakçılara Fikrət Əmirovun Azərbaycan professional bəstəkarlıq məktəbinin korifeylərindən biri olan zəngin yaradıçılığı ilə musiqimizin inkişafında yeni mərhələ açmış, musiqimizi dünya miqyasında tanıtmış, əsərlərilə dünya musiqi mədəniyyəti xəzinəsinə daxil olmuşdur deye bəhs etdi.
Sonda 4 saylı Musiqi məktəbinin şagirdləri Zeynəb Rəhimova,Röyat Həsənzadə, Könül Qasımova bəstəkarın musiqilərini ifa etdilər.