Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Milli qurtuluşun zəfər yolu” mövzusunda ədəbi-bədii gecə keçirilib

14.06.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzinin, Gəncə şəhər 4№-li Uşaq Musiqi Məktəbinin və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№-li kitabxana filialının birgə təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş günü münasibətilə “Milli qurtuluşun zəfər yolu” mövzusunda ədəbi-bədii gecə keçirildi.

Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, rəis müavini Asəf Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, Gəncə Dövlət Universitetinin dosenti Pərvin Kərimzadə, YAP-nın Gəncə şəhər Təşkilatının sədr müavini Nürəddin İbrahimov, Gəncə Dövlət Universitetinin Ümumi Tarix Kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Hüseyn Bəxtiyarlı, 4 №-li Uşaq Musiqi Məktəbinin müəllim kollektivi və şadirdləri, Gəncə şəhər Əhməd Cavad adına 2 №-li tam orta məktəbin və Gəncə şəhər 32№-li tam orta məktəbin müəllim və şagirdləri iştirak edirdi.

Tədbirdən əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Gəncə şəhər Heydər Əliyev Mərkəzin direktoru Arif Marifli çıxış edərək qeyd etdi ki, 15 iyun - Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. 15 iyun xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

Tədbirin aparıcıları Gəncə şəhər Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Dursun Əliyeva və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№ - li kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova 15 iyun – Milli Qurtuluş Gününün tarixi haqqında məlumat verdilər.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, Gəncə Dövlət Universitetinin dosenti Pərvin Kərimzadə, YAP-nın Gəncə şəhər Təşkilatının sədr müavini Nürəddin İbrahimov, Gəncə Dövlət Universitetinin Ümumi Tarix Kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Hüseyn Bəxtiyarlı, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin baş fond mühafizi İlknur İsgəndərova çıxış edərək qeyd etdilər ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan bu günü hamımız hörmət və dərin minnətdatlıq hissi ilə yaşayırıq. 1993-cü il iyunun 15-də Azərbaycan dövlətinin və dövlətçiliyinin formalaşmasında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin xalqın təkidi və xahişi ilə vətənə xilaskar qayıdışı, ikinci dəfə hakimiyyətə gəlməsi xalqımızın şanlı tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Vətənini, xalqını sevən, o dövrdəki çətin və ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri öz gözləri ilə görən insanlar üçün 15 iyun - əsl Qurtuluş tarixidir. Bu tarixin yaranması isə heç də asan olmamış, Heydər Əliyev siyasəti çoxsaylı siyasi, hərbi və iqtisadi təlatümlərin sınağından üzüağ çıxaraq daha da möhkəmlənmişdir.

Tədbir boyu Gəncə şəhər 4 №-li Uşaq Musiqi məktəbinin müəllimləri Gülər İsmayılova, Lalə Kazımova, Gülcan Qasımova, Vüqar Kərimov və şagirdləri musiqi nömrələri ilə çıxış etdilər.

Tədbirdə Gəncə şəhər Əhməd Cavad adına 2 №-li tam orta məktəbin və Gəncə şəhər 32№-li tam orta məktəbin şagirdləri şeir kompozisiyası ilə çıxış etdilər. Tədbirdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№-li kitabxana filialının “Milli Qurtuluş günü” ilə əlaqədar hazırladığı kitablardan ibarət sərgi nümayiş olundu. Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.

 

323.9 KB

 

296.4 KB

 

297.3 KB