14.06.2022
13.06.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyində "Azərbaycan xalqının qurtuluşu" adlı tədbir keçirildi. Tədbirdə Xocalı rayon Kosalar kənd Mədəni-maarif müəssisələrinin işçiləri, Xocalı rayon Kosalar kənd tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru Tofiq Məmmədov 15 iyun Milli qurtuluş günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi.Milli qurtuluş günü ilə əlaqədar geniş məlumat verdi.Ulu Öndərin qayıdışını xalqımızı nicata aparan yol kimi qiymətləndirdi.Hər bir azərbaycanlının Ulu Öndəri hörmət və ehtiramla andığını bildirdi.Daha sonra Kosalar kənd Mədəniyyət evinin direktoru Ramiz Məhərrəmov çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqımızın taleyində həlledici və müstəsna xidmətlərini xüsusi ilə qeyd etdi.Bu günkü müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu Öndərin xalqımızın qəlbində daima yaşayacağını bildirdi.Tədbirin sonunda Milli qurtuluş günü və Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında yaradılan sərgiyə baxış keçirildi.Xatirə şəkilləri çəkdirildi.