Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dövlətçilik tariximizdə yeni mərhələ” başlığı altında tədbir keçirilib

14.06.2022

    Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar “Dövlətçilik tariximizdə yeni mərhələ” başlığı altında tədbir keçirtdi. Tədbiri 15 saylı filalın böyük kitabxanaçısı Səkinə Kərimova açaraq tədbir iştirakçılarını salamladı. Qeyd etdi ki, 15 İyun–Azərbaycan xalqının Milli Qurtuluş Günü hər bir azərbaycanlıya iftixar hissləri bəxş edən bir gündür. 1993-cü ilin 15 İyununda dünya şöhrətli siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin xalqın çağırışı ilə respublikamıza rəhbərliyə qayıdışı Azərbaycanın müqəddəratını tənəzzüldən tərəqqiyə doğru dəyişdi. Ulu Öndərimiz özünün siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və yorulmaz fəaliyyəti ilə o zaman respublikadakı xaos və anarxiyanın, vətəndaş qarşıdurması təhlükəsinin, getdikcə dərinləşən sosial-iqtisadi böhranın qarşısının alınmasını, dövlət müstəqilliyimizin bütün təhlükələrdən xilas olmasını və ildən-ilə güclənməsini təmin etdi. Sonra filialın kitabxanaçısı Esmira Məlikova, Gəncə şəhər M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin müəllimi Səadət Əliyeva çıxış etdilər, məktəblilər Ulu Öndər Heydər Əliyevə, doğma yurdumuz Azərbaycana həsr olunmuş şeirlər söylədilər. Sonda filialın böyük kitabxanaçısı Səkinə Kərimova tədbir iştirakçılarına öz minnətdarlığını bildirib, tədbiri yekunlaşdırdı.

 

317.1 KB

 

290.3 KB