Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”İnsan resurslarının idarə edilməsinin əsas məsələləri”  başlıqlı dəyirmi masa keçirilib

13.06.2022

13.06.2022-ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  24 saylı kitabxana filialı Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində İnsan resursları ilə bağlı "İnsan resurslarının idarə edilməsinin əsas məsələləri"  başlıqlı dəyirmi masa keçirdi. Dəyirmi masanı kitabxana filialının müdiri Rahilə Qasımova  bu sözlərlə açdı: insan resursları iş yerlərində ehtiyac duyulan işçi qüvvəsini qarşılamaq və onlardan səmərəli istifadə etmək üçün yaradılan şöbənin adıdır. Dünyada baş verən böyük qlobal hadisələrin  idarə edilməsi  XIX əsrin  ortalarından başlasa da  "İnsan resursu" sözü  ilk dəfə olaraq Peter Drucker tərəfindən 1954-cü ildə yazdığı əsərində nəşir edilmişdir. İnsan resursları müəssisənin rəhbərindən və işçilərdən ibarətdir.  Dəyirmi masada  iştirak edən "ArchiCO" mühəndislik şirkətinin  insan resursları rəhbəri Dünya Dadaşova, AzTU-nin Menecment kafedrasının baş müəllimi Leyla Rzayeva və həmin məktəbin Tədris İstehsalat İşləri üzrə direktor müavini Zaur Əliyev mövzu ətrafında çox geniş maarifləndirici məlumat verdilər. Dəyirmi masada iştirak edən  Dünya Dadaşova söylədi ki, insan resurslarının  idarə edilməsi müəssisə daxilindəki münasibətləri əhatə edən  olduqca geniş bir sahədir. İnsan resursları idarə edilməsində insan faktoru, müəssisələrin məqsədinə nail olmaq üçün istifadə etdiyi ən əhəmiyyətli resurslardan biridir. Tədbirdə onu da qeyd etdilər ki, insan resurslarının idarə edilməsi anlayışında müəssisənin maraqları qədər fərdi maraqlar da nəzərə alınır. İşçilərin psixoloji, sosioloji, fiziki hər növ tələbinin ödənilməsi və dolayısı ilə də işin səmərəliliyinin  ən üst səviyəyə çıxaracaq formada inkişaf etdirmək  üçün qarşıya qoyulan məqsəddir. Leyla Rzayeva xüsusi ilə vurğuladı ki, şirkətlər üçün  yaxşı təlim keçmiş, ixtisaslı və uyğun işçilərin olması çox vacibdir. Dünya sürətlə dəyişdiyindən şirkətlər dəyişikliyə davam edə biləcək işçilərə ehtiyac duymaqdadır.
Tədbirdə çıxış edənlər insan resurslaranın idarə edilməsində əsas məsələlərə toxundular və iştirakçıları maqarlandıran çox maraqlı sualları cavablandırdılar.

 

69.1 KB