Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Sürpriz” adlı konsert-mühazirə keçirilib.

13.06.2022

10 iyun T. Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbində Avstriya bəstəkarı Yozef Haydnın (1732-1809) anadan olmasının 290 illiyində həsr olunmuş "Sürpriz" adlı konsert-mühazirə keçirilib.
Tədbirin təşkilatçı və aparıcıları – məktəbin "Fortepiano" şöbəsinin müəllimləri Zeynalova Aytən, Dadaşova Aygün və Sadıqova Aynurə XVIII əsrin ikinci yarısı – XIX əsrin birinci rübündə Avropa musiqisinin zirvəsində bərqərar olan Vyana klassik məktəbin banisi Yozef Haydn haqqında maraqlı faktlar söyləyiblər.
Tədbirdə Yozef Haydnın həyat və yaradıcılıq yoluna nəzər salınıb və məktəbin şagirdləri tərəfindən bəstəkarın əsərləri ifa olunub.
Sonda məktəbin direktoru, Qahirə xanım Məmmədova çıxış edərək tədbirin iştirakçılara təşəkkürünü bildirib.

 

74.4 KB

 

72.3 KB