13.06.2022
13 Iyun 2022-ci il tarixində Gəncə şəhər Uşaq Incəsənət Məktəbində Milli Qurtuluş gününə həsr olunmuş bayram tədbiri keçirildi. Tədbirin əvvəlində Azərbaycan şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin xor kollektivi, tar, qarmon, nağara, skripka, xanəndə sinfinin şagirdləri maraqlı ifalarla çıxış etdilər. Daha sonra şagirdlərin iştirakı ilə "Arşın mal alan" musiqili komediyasından, "Tık-tık xanım ", "Turp" nağllarından ibarət səhnəciklər tamaşaya qoyuldu. "Cücələrim" ansamblının çıxışları isə tamaşaçıların marağı ilə qarşılandı. Sonda məktəbin direktoru Hüseynli Təvəkgül çıxış edərək məktəbin şagird və müəllim heyətinə minnətdarlığını bildirdi və hər kəsi Milli Qurtuluş günü münasibəti ilə təbrik etdi.