13.06.2022
13 İyun 2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Mədəniyyət Mərkəzində “15 iyun Milli Qurtuluş Günü” münasibəti ilə “Tarixin Böyük şəxsiyyəti” adlı dəyirmi masa keçirildi.
İlk öncə Azərbaycan Respublikasının suverenliyinin qorunmasında və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Gəncə şəhər Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova çıxış edərək qeyd etdi ki ,15 iyun 1993-cü ildə Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu , fenomenal tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı tarixə “Milli Qurtuluş Günü “kimi daxil oldu. İllər sonra “ Milli Qurtuluş Günü”nü bayram edərkən keçilmiş yola bir daha nəzər salındıqda , keşməkeşli tariximizdə Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında fədakarlığı ilə fəxr etməməyə bilmirsən.
Tədbirin sonunda məktəblilər Ulu Öndər Heydər Əiyevə həsr olunmuş şeirlər söylədilər.