Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Övladlarımızı narkotiklərdən qoruyun!” adlı söhbət keçirilib

13.06.2022

13.06.2022 - ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon  MKS-nin  Mərkəzi Kitabxanasının Uşaq şöbəsi 26 iyun - Narkomaniya və Narkobiznesə qarşı  Beynəlxalq Mübarizə Günü münasibəti ilə “Övladlarımızı narkotiklərdən qoruyun!” adlı söhbət keçirdi.

Tədbir M.Ə.Sabir adına 1saylı litsey məktəbin 8-ci sinif şagirdləri ilə birgə keçirildi. Uşaq şöbəsinin müdiri Venera Məmmədova uşaqları salamladı və gündəlik mövzu ilə bağlı məlumat verdi. Müasir dövrümüzdə narkomaniya cəmiyyətin  ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. Uşaqların sağlam ruhda böyüməsi və tərbiyə alması üçün bütün imkanlardan istifadə edilməli,asudə vaxtlarını səmərəli keçirməlidirlər.Bildirdi ki,narkomaniyaya qarşı səylə mübarizə aparmaq hər bir Azərbaycan vətəndaşının ümdə vəzifəsinə çevrilməlidir. Sonda uşaqları maraqlandıran suallar cavablandırıldı.

 

 

112.3 KB