Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Unudulmuş Kitablar ” başlıqlı sərgi təşkil edilib.

13.06.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 sayli kitabxana filialı 13.06.2022 -ci il tarixdə açıq havada " Unudulmuş Kitablar " başlıqlı sərgi təşkil etdi. Kitabxanaçı Xatirə Verdiyeva  iştirakçılari sərgiylə tanış etdi və bildirdi ki, kitab insanın mənəvi qidasıdır. Elə bir kitab yoxdur ki, insan ondan yaxşı bir şey öyrənə bilməsin .Zəmanəmizdə kitabsız mədəniyyətdən və mədəni inqilabdan danışmaq olmaz .Sərgidə Azərbaycan yazarlarının  kiril qrafikası  ilə nəşr olunmuş kitabları sərgilənmişdir.Belə sərgilərin keçirilməsində məqsəd unudulmuş kitabları  təbliğ etmək və  kitabxanamıza yeni oxucular cəlb etməkdir.

 

169.3 KB