Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Narkomaniya ilə mübarizə ailədən başlayır” adlı söhbət keçirilib

13.06.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana  Sisteminin Səyyar şöbəsi 13.06.2022-ci il tarixdə Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbdə narkomaniya və narkomaniyaya qarşı mübarizə günü ilə əlaqədar olaraq "Narkomaniya ilə mübarizə ailədən başlayır" adlı söhbət keçirdi. Səyyar şöbənin kitabxanaçısı Lalə Dadaşova şagirdlərə narkomaniya və narkomaniyanın yaratdığı fəsadlar haqqında məlumat verdi . Bildirdiki narkomaniya ilə mübarizə aparmaq sağlam cəmiyyətin təminatıdır. Narkomaniya ilə mübarizə aparmaq hər birimizin öhdəliyinə düşən borcdur. Bu istiqamətdə davamlı olaraq  məlumat vermək, narkomaniyanın necə bir bəla olduğunu bəşəriyyətə çatdırmaq mühüm vəzifələrdən biridir. Narkomaniyanın yayılması sağlam cəmiyyətin formalaşmasına çox ciddi təsir edir, ziyan vurur. Narkotik maddələrin qəbulu insanı fiziki və psixoloji cəhətdən çox dərin sarsıdır, məhvə aparır və sonda da məhv edir. Vurğulandığı kimi narkomaniya ilə mübarizə hər bir vətəndaşın borcu olmaqla yanaşı ailədən də başlamalıdır. Ailə və cəmiyyətdə formalaşan övladına valideynləri lap kiçik yaşlarından başlayaraq narkomaniya haqqında məlumat verməli və nəzarətsiz buraxmamalı, mütəmadi olaraq marağlanmalı, narkomaniya ilə bir sözlə zərərli maddələr və onların yaratdığı fəsadlarla bağlı davamlı olaraq məlumat verməlidirlər. Bu bəlanın bütün xəyallarını, gələcək planlarını məhv edəcəyini, cəmiyyət üçün yararlı ola bilməyəcəyinin mahiyyətini  çatdırmalı, narkotik maddələrin istifadəsinin sonrakı peşamançılığının fayda verməyəcəyini izah etmək etmək lazımdır. Sonda bildirildiki narkomaniya haqqında toplanmış məlumatların hardan və necə əldən olunmasına baxmayaraq icrası da çox önəmlidir. Bu o deməkdir ki, kimliyindən aslı olmayaraq narkomaniya haqqında məlumatı olan hər bir kəs , narkomaniya haqqında topladığı məlumatlara özü də əməl etməlidir ki, sağlam cəmiyyətin formalaşmasına zəmin yaransın.

 

55.8 KB