13.06.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı 13.06.2022-ci il tarixdə milli mənəvi dəyərlərin bugünkü və gələcək nəsillərə çatdırmaq məqsədilə qəhrəmanlıq dastanlarından ibarət "Kitabi Dədə Qorqud", "Koroğlu", "Qaçaq Nəbi" kitablarının xülasəsi keçirdi. Böyük kitabxanaçı Günel Əliyeva milli-mənəvi dəyərlər haqqında məlumat verərək bildirdi ki, Azərbaycan xalqının böyük tarixi, zəngin mədəniyyəti var. Bu milli- mənəvi zənginliyinin təbliği tarixi, mədəniyyəti, dəyərləri ilə tanınır və seçilir. Azərbaycan folklorunda, şifahi və yazılı xalq ədəbiyyatında bir çox nümunələrimiz yer almışdır.Təqdim olunan kitablar da məhz bu səpgidədir.
Kitabxanaçı hər bir kitab haqqında ayrı-ayrılıqda oxuculara geniş məlumat verdi. Bu cür kitabların tərbiyəmizdə yüksək təsir göstərdiyini vurğuladı.Qəhrəmanlıq dastanları tarixi keçmişimizdən bizə gəlib çatmışdır.Hər bir kitabda qəhrəmanların rəşadəti, qəhrəmanlığı, mərdliyi, torpağa bağlılığı, xalqımızın keçdiyi tarixi mərhələlər, onun azadlıq uğrunda apardığı mübarizə yolu gələcək nəsillərə bir nümunə olaraq ötürülmüşdür.Bu gün bu əsərləri oxumaqla, mütaliə etməklə həm də milli-mənəvi dəyərlərimizi öyrənmiş oluruq.
Tədbirdə kitabxananın fəal oxucuları iştirak etdi.Oxucuları maraqlandıran suallar kitabxanaçı tərəfindən cavablandırıldı.