13.06.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı 4 saylı məktəblə birlikdə 15 iyun Milli Qurtuluş günü ilə əlaqədar “Tarixin dönüş anı” başlığı altında dəyirmi masa keçirdi.Tədbiri 1 saylı kitabxana filialının kitabxanaçısı Əliyeva İlhamə açaraq qeyd etdi ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun gününün mahiyyətini hamımız sevgilərlə yaşayırıq. Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür. 4 saylı məktəbin tarix müəllimi Sadıqova Əfsanə 15 iyun Qurtuluş günü ilə əlaqədar “Vətənin xilası, xalqın qurtuluşu” başlığı altında çıxış etdi. O, qurtuluş gününün yaranma tarixini və onun mahiyyətini açdı. 4 saylı məktəbin ədəbiyyat müəllimi Qurbanova Qızılgül bildirdi ki, tariximizə daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan- Heydər Əliyevdir. Dövrünün dahi müasiri - Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqının milli qurtuluşunu təmin etdi. Kitabxanamızda Milli Qurtuluş günü ili əlaqədar sərgi təşkil edilmişdi. Sərgi ilə iştirakçıları 1 saylı filialın kitabxanaçısı Əliyeva İlhamə tanış etdi. İştirakçılar tədbirdən xoş təəssuratlarla ayrıldılar.