10.06.2022
09.06.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə "Sağlam gənclik naminə narkotikə yox deyək" mövzusunda seminar keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Raziyə Qasımova və elmi işçisi Aygül Cabbarova tədbir iştirakçılarına narkotik vasitələrin bu gün dünyada "ağ ölüm"ə çevrilmiş fəsadlarından danışdılar. Geniş məlumat içərisində qeyd etdilər ki, məlumatlı olan insanları kiminsə aldatması çox çətindir. Eyni zamanda narkotik vasitələrin və psixotrop maddələrin qəbulu öncə sağlamlığı sonra isə psixoloji vəziyyəti korlayır və bununlada bir gəncin parlaq gələcəyini öz caynaqlarına alaraq məhvə doğru sürükləyir. Sonda seminar iştirakçılarının sualları cavablandırıldı.