Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Natəvanın lirik poeziyası” adlı poeziya axşamı keçirilib

10.06.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 10.06.2022 - ci il tarixdə Azərbaycan poeziyasının  iftixarı,şair və rəssam kimi şöhrət tapmış Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamına əsasən 3 saylı musiqi məktəbinin və kitabxananın fəal oxucularının iştirakı ilə "Natəvanın lirik poeziyası" adlı poeziya axşamı keçirtdi.Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Natella Hacıyeva şairənin həyatı,böyük kitabxanaçı Könül Mirxudayeva şairənin yaradıcılığı haqqında məlumat verdi.Sonra fəal oxucularımız şairənin yazdığı və ona itfah edilmiş qəzəllər,şeirlər,poemalardan parçalar səsləndirdilər.Tədbir musiqi məktəbinin şagirdlərinin ifasında "Xarıbülbül", "Şuşanın dağları" , sözləri Xurşidbanu Natəvana,musiqisi bəstəkar Vasif Adıgözəlova məxsus "Qərənfil" romansının  ifası ilə davam etdi.Sonda iştirakçılar kitabxana əməkdaşlarının hazırladığı "Xurşidbanu Natəvan-190" adlı sərgi ilə tanış oldular.

 

124 KB

 

149 KB