Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Bəstələrində yaşayan bəstəkar” başlıqlı tədbir keçirilib

10.06.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı kitabxana filialı 10.06.2022-ci il tarixdə Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi ilə əlaqədar "Bəstələrində yaşayan bəstəkar" başlıqlı tədbir keçirdi. Böyük kitabxanaçı Risalə Həsənova çıxış edərək bəstəkarın həyatı haqqında iştirakçılara   məlumat verdi.
 4 saylı Musiqi məktəbinin fortepiano müəlliməsi Mehriban Verdiyeva  iştirakçılara Fikrət Əmirovun yaradıcılığı haqqında danışdı . 
 Tədbirdə iştirak edən Yaradıcılıq Evinin əməkdaşı Kəmalə Nəsibova öz növbəsində Fikrət Əmirovun bəstələdiyi musiqiləri ilə mədəniyyət sahəsində göstərdiyi xidmətlərindən bəhs etdi.
  Sonda 4 saylı Musiqi məktəbinin şagirdləri Röyat Həsənzadə, Könül Qasımova, Zeynəb Rəhimova   bəstəkarın musiqilərini ifa etdilər.

 

51 KB

 

53.9 KB