07.05.2018
Gəncə şəhəri Nizami Gəncəvi Məqbərəsində və Muzeyində müasir Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin 95 illiyinə həsr olunmuş “Ümummilli liderimiz – Heydər Əliyev” adlı mühazirə saatı və ekskursiya təşkil olundu.
Tədbirdə Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinnən, onun vətəninə, xalqına həsr etdiyi şərəfli ömür yolundan bəhs olundu.
Tədbirdə şəhər məktəbliləri, eləcə də şəhərə gələn bir qrup xarici qonaq iştirak etdi.