10.06.2022
Gəncə şəhər İcra hakimiyyəti, və Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ,Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə, mərkəzi kitabxananın oxu zalında, “Erməni təcavüzünun tanıdılması” İctimai Birliyinin sədri, yazıçı, publisist Səriyyə Müslümqızının “Geriyə baxma” adlı kitabının təqdimatı keçirildi. Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Millət vəkili, tarix üzrə fəlsəfə doktoru.dosent Pərvin Kərimzadə ,Dini qurumlarla iş üzrə Dövlət komitəsi, Gəncə şöbəsinin sədri Həsən Məmmədov, İlahiyyat İnstutunun kafedra müdiri, dosent Anar müəllim Sənətşünaslıq üzrə fəlsəfə doktoru, qiraətçi Məleykə Alı oğlu, şairə Zenfira Əlişqızı, “Erməni təcavüzünün tanıdılmas”ı İB-nin sədri, yazıçı publisist Səriyyə Müslümqızı, Gəncə şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yadigar Bədəlov, yazıçı - publisist,jurnalist, "Gəncənin səsi" qəzetinin redaktoru Rəfiqə Sadıqova, ,yazıçı- publisist, ictimai xadim Nüşabə Əsəd Məmmədli,Gəncə Gənclər Təşkilatının sədri Həmid Nəsirov,Gəncə bölməsinin sədri Xəzangül Hüseynova,AYB Gəncə bölməsinin məsləhətçisi Aləmzər Əlizadə,YAP Gəncə təşkilatının məsləhətçisi Hüseyn Budaqov,müstəqil jurnalist Zakir Muradov,Gəncə DİM rəhbəri Nəsimi Məmmədov,"Novosti Gandja"qəzetinin müxbirləri Fatma Cəfərova, Mahir İsayev.Psixoloq, " Sona psixologiya mərkəzi"nin rəhbəri Sona xanım,Gəncə Tibb Kollecinin müəllim və tələbələri, fəal oxucular iştirak etdilər.
İlk öncə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fərdə Qədimova iştirakçıları salamlayaraq, əvvəlcə soyqrımdan bəhs edən" Xocalı zülmət bir gecə' filmini izləmə dəvət etdi. Sonra isə tədbir iştirakçlarına söz verildi. Aradan 30 il ötməsinə baxmayaraq, heç kimin Xocalını unutmadıqlarının titrək səsləri ilə o günlərdən ürək ağrısı danışdıqlarının şahidi olduq. Belə kitabların yazılaraq, tarixin köksünə qoymağın vacibliyini vurğuladılar. Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Xocalı faciəsinin ürəkgöynədən acılarından, və hər zaman xocalıların yanında olmalarından , bu işlərin hər kəsin mənəvi borcu olmasından danışdı. "Xocalının səsi" qəzetinə neçə illər qucaq açan" Gəncənin səsi "qəzetinin redaktoru Rəfiqə xanım Sadıqova "Xocalının səsi" qəzetinin mərhum redaktoru Sərdar Mehdiyevi xatırladaraq uzun illər bu qəzeti yaşatmaqlarından söhbət açdı. Millət vəkili Pərvin Kərimzadə,yazıçı – publisist Nüşabə Məmmədli, AYB Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, AYB Gəncə bölməsinin məsləhətçisi , şairə Aləmzər Əlizadə, YAP Gəncə təşkilatının məsləhətçisi Hüseyn Budaqov, müstəqil jurnalist Zakir Muradov,Gəncə DİM rəhbəri Nəsimi Məmmədov, və başqalarının bir- birindən təsirli çıxışları bir daha sübut etdi ki, heç vaxt Xocalı soyqırımı unudulmayacaq. . 44 günlük müharibədə şəhid olmuş oğullarımızın baş tacımız Birliyant və Nigar Analarımızın çıxışını göz yaşları içərisində dinlənildi. “Erməni təcavüzünun tanıdılması” İctimai Birliyinin sədri, yazıçı, publisist Səriyyə Müslümqızı şıxış edərək bildirdi ki, İndiyə kimi Xocalı soyqrımı H.Əliyev Fondu tərəfindən 13 ölkədə tanıdılıb. Amma inanırıq ki, gün gələcək bu cinayəti törədənlər Haaqa məhkəməsinə verilərək cəzalanacaqlar. Sonda Səriyyə xanım, tədbirin təşkilatçılarına- Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsinin rəisinə, Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə şöbəsinin sədrinə, İlahiyyat İnstutunun rektoruna və Gəncə Mərkəzləşdirilmiş Kitabxananın direktoruna öz təşəkkürünü bildirdi və öz kitablarını həm iştirakçılara, həm də kitabxanaya bağışladı.
Tədbirdən sonra qonaqlar və şəhid analarıyla birlikdə Gəncədəki şəhidlər xiyabanında uyuyan oğullarımızın məzarlarını, qələbəmizi həzm edə bilməyən düşmənlərimizin Gəncəni raket atəşinə tutaraq törətdiyi dağıntıl yerlərini ziyarət edən Səriyyə xanım söylədi ki, Gəncədə, Xocalıdakı kimi ahıl da, cavan da, uşaq da olan,ürək göynədən bu səhnəyə baxdıqca Xocalını bir daha yenidən yaşadım. Dəyişən yalnız zaman idi. Düşmənimizin xisləti isə heç vaxt dəyişməyəcək. Türkün gücü onun birliyindədir Unutmayaq!!