10.06.2022
08.06.2022- ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasında 18 iyun Azərbaycan Respublikasında Milli İnsan hüquqları günü ilə əlaqədar “İnsan hüquqları”adlı Samux GKİM-nin iştirakı ilə dəyirmi masa keçirdi.
Samux rayon MKS-nin direktoru Telli Nəsibova Azərbaycanda insan hüquqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu vurğuladı, Hüquqi, demokratik və vətəndaş cəmiyyətli dövlət quruculuğunda inamlı və qətiyyətli addımlarını atan müstəqil Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə qəbul etdiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"ndan irəli gələn müddəalar 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyilə qəbul olunmuş, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamızın da başlıca qayəsini təşkil etdiyini söylədi .
Samux GKİM-nin direktoru Kamil Məmişov öz çıxışında Regional insan hüquqları haqqında danışdı.
Samux GKİM-nin gəncləri İnsan hüquqlarının xüsusiyyətləri haqqında dəyirmi masa ətrafında öz fikirlərini bildirdilər.