Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Mədəniyyətimizin beşiyi-Şuşa” adlı ədəbi-bədii gecə keçirilib

09.06.2022

08 iyun 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Mərkəzi kitabxana və şəhər kitabxana filialının birgə təşkilatçılığı ilə "Şuşa ili" çərçivəsində "Mədəniyyətimizin beşiyi-Şuşa" adlı ədəbi-bədii gecə keçirildi. Tədbirdən ilk öncə torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Xəyyam Quliyev Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2022-ci ilin "Şuşa ili" elan olunması haqqında məlumat verdi. Mərkəzi Kitabxananın əməkdaşı Gülnar Nəcəfova Şuşa şəhərinin tarixi haqqında danışdı. Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva, şəhər kitabxana filialının müdiri Nərgiz Məmmədova, şəhər kitabxana filialının multimedia mütəxəsisi Kəmalə İsmayılova Şuşa şəhərinin mədəniyyəti, abidələri və tarixi şəxsiyyətləri haqqında geniş və ətraflı məlumat verdilər. Şuşaya aid musiqilər səsləndirildi. Goranboy şəhər internat tipli gimnaziyanın şagirdləri Şuşa şəhərinə həsr olunmuş şeirlər səsləndirdilər. Şuşanın dağları musiqisi səslənərək rəqs edildi. Mərkəzi Kitabxananın təşkil etdiyi "Şuşa Qarabağın döyünən ürəyidir" başlıqlı kitab sərgisinə baxış keçirildi. Sonda xatirə şəkli çəkildi.

 

88.5 KB