09.06.2022
08.06.2022-ci il tarixində Xocalı rayon Mədəniyyət Evində rayon Mədəniyyət evi-nin və Xocalı şəhər 4 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə cənab Prezident İlham Əliyevin 5 yanvar 2022-ci il tarixində həmin ilin “Şuşa ili” elan edilməsi haqqında imzaladığı sərəncama əsasən “Şuşa – Azərbaycan mədəniyyətinin göz bəbəyi” adlı tədbir keçirildi. Tədbirdə Xocalı rayon mədəniyyət müəssisələrinin rəhbərləri və işçiləri, Xocalı şəhər 4 saylı tam orta məktəbinin kollektivi iştirak etdilər. İlk öncə Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.
Xocalı rayon Mədəniyyət Evinin direktoru Hafiz Abbasov çıxış edərək bildirdi ki, cənab Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2022-ci ili «Şuşa İli» elan etdi. Ardınca isə 2022-ci ilin yanvarın 5-də bu barədə Sərəncam imzaladı. Sərəncamda qeyd olunur ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb. Sərəncamda Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafının Ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlılığı da vurğulanır. Sərəncamda, həmçinin xüsusi bildirilir ki, haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək tariximizə Zəfər Günü kimi həkk olundu.
Xocalı şəhər 4 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi Ülviyyə Əhmədova öz çıxışında bildirdi ki, “Şuşa ili” şəhərdə tarixi-mədəni irsin bərpası-na və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun inkişafına güclü təkan ola-caq. Bu qərarla şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması sürətlənəcək, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği daha da genişlənəcək. Prezident İlham Əliyev dəfələrlə çıxış-larında qeyd edib ki, ermənilər onilliklər boyunca Qarabağı öz əraziləri kimi qələmə ve-riblər. Əgər onların idisə, nəyə görə orada bir dənə də olsa, salamat bina qoymayıb, ha-mısını barbarcasına dağıdıblar? Ermənilərin Şuşanı özlərinin qədim vətəni kimi təqdim etmək səyləri dünya ictimaiyyətini çaşdırmaq qəsdindən başqa bir şey deyil. Ermənilərin riyakar iddiaları olsa-olsa tarix nağılbazlığıdır.
Sonda Xocalı şəhər 4 saylı tam orta məktəbinin şagirdlərinin təqdimatında şəhid Xudayar Yusifzadənin ifası ilə daha çox sevilən “Vətən yaxşıdır”, sonra “Şuşanın dağla-rı”, “Qarabağ” mahnıları, “Marş irəli” marşı, vətənpərvər şeirlər səsləndirildi, “Sarı gəlin” musiqisinin sədası altında milli rəqs nümayiş etdirildi