09.06.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Səyyar şöbəsi 08.06.2022-ci il tarixdə Gəncə şəhər 15 nömrəli tam orta məktəbdə Səyyar fonda daxil olmuş yeni kitabların sərgisini təşkil etdi.Sərgidə Azərbaycan dilində olan müxtəlif elm sahələrini, başqa ölkələri əhatə edən kitablar nümayiş etdirildi.Səyyar şöbənin kitabxanaçısı Lalə Dadaşova oxucuların mütailə mədəniyyətinin inkişaf etdirilməsi, dünya görüşünün formalaşması eləcədə oxucuların kitabxanaya cəlb olunması, daha çox kitabla tanış olması məqsədi ilə son illərdə fonda daxil olmuş 50 nüsxədən çox kitab haqqında şagirdlərə məlumat verdi. Həmçinin "Qarabağ-real faktlar-sənədlər", Güntəkin Nəcəflinin "Urmiya bölgəsində Azərbaycanlılara qarşı soyqırımı (1917-1918)", Ziya Bünyadovun "Azərbaycan VII-IX əsrlərdə ", Yaqub Mahmudovun "Azərbaycan Avropa ölkələri ilə əlaqələri", Səbuhi Əhmədovun "Azərbaycan tarixində yüz şəxsiyyət", Çingiz Abdullayevin "Ümid külü", Viktor Jirmunskinin "Xalq qəhrəmanlıq eposu", Dan Brown "Yalan nöqtəsi" və digər fonda daxil olmuş yeni kitablarla tanış etdi.