Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ Hüquqlarınızı bilirsinizmi? ”  adlı sual-cavab keçirilib

08.06.2022

07.06.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi “ Hüquqlarınızı bilirsinizmi? ”  adlı sual-cavab keçirdi. Tədbir M.Ə.Sabir adına 1saylı lisey məktəbin 4b sinif şagirdləri ilə birgə keçirildi. Tədbirdə uşaq şöbəsinin kitabxanaçısı Zəminə Məmmədova uşaqları salamladı və mövzu haqqında geniş məlumat verdi. Uşaqlar sevincdir, xoşbəxtlikdir, bir millətin gələcəyidir. Uşaq insan ömrünün bəzəyi, ailənin səadəti, xalqın sabahıdır. Hər bir kəsin, o cümlədən də uşaqların öz hüquqları vardır. Uşaqlar cəmiyyətdə davranış qaydalarına əməl etməli, biliklərə yiyələnməli, valideyinlərin, diyər vətandaşların hüquq və mənafelərinə, adət-ənənələrimizə hörmətlə yanaşmalıdır. Öz hüquqlarını yaxşı bilən, lazım gəldikdə ondan istifadə etməyi bacaran uşaq doğma vətənini daha çox sevir, vicdanlı olur, milli-mənəvi dəyərlərini və öz mənliyini qoruyur. Sonda uşaqlar verilən sualları cavablandırdılar.

 

128.7 KB

 

138.6 KB