08.06.2022
07 iyun 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Goranboy rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxananın birgə təşkilatçılığı və Uşaq və Ailələrə Dəstək mərkəzinin iştirakı ilə "18 may-18 iyun İnsan Hüquqları Aylığı" çərçivəsində "Azərbaycan cəmiyyətində insan hüquqları" mövzusunda seminar keçirildi. Tədbiri giriş sözü ilə açan Goranboy rayon İcra Hakimiyyətinin məsul işçisi Ziya Aslanov insan hüquqlarının qorunması haqqında ümumi məlumat verdi. Goranboy rayon Çernobıl əlillər cəmiyyətinin sədri Namiq Məmmədov, Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva, Uşaq və Ailələrə Dəstək mərkəzinin müdiri Sənəm Alxasova məruzə ətrafında çıxış etdilər. Sonda Mərkəzi Kitabxananın təşkil etdiyi "Hüquqlarımızı bilək" başlıqlı kitab sərgisinə baxış keçirildi.