Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Goranboy rayon MKS-də “X Kitab Bayramı”

10.05.2018

Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, rayon İcra Hakimiyyətinin dəstəyi ilə Heydər Əliyev parkında Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş ənənəvi X Kitab bayramı keçirildi.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev başda olmaqla rayon ziyalıları, yerli yazarlarımız, mədəniyyət işçiləri, müəllim və şagird kollektivləri, şəhər sakinləri “N” saylı hərbi hissənin əsgər və zabitləri iştirak etdilər.

Tədbirdə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən əsərlərlə yanaşı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, hərbi-vətəpərvərliyə, uşaq ədəbiyyatına həsr olunmuş Kitab sərgiləri nümayiş etdirildi. Eyni zamanda həvəskar rəssamların əsərləri sərgiləndi.

Tədbirdə Azərbaycan, Ulu öndər Heydər Əliyev, eləcə də müəllim, kitab haqqında söylənilən şeirlər haqqında iştirakçılar tərəfindən rəğbətlə qarşılandı. “X Kitab Bayramı” konsert proqramı ilə yekunlaşdı.