08.06.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə birlikdə 07.06.2022-ci il tarixində Insan resursları ilə əlaqədar “Cəmiyyətdə hansı sahələrdə özümüzü məsuliyyətli hiss etməliyik?” adlı informasiya saatı keçirdi. Tədbirdə Vətən Müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra MKS-nin 19 saylı filialının müdiri Elza Əliyeva “Cəmiyyətdə bizim insan kimi rolumuz ”, Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Rasim Alıyev “Şəhid ailələrinə, qazilərə, əsgərlərə münasibətdə məsuliyyətli olmalıyıq”, psixoloq Qətibə Mustafayeva “Valideynlər, müəllimlər, dostlar və cəmiyətin həssas təbəqəsinin qarşısında sizin məsuliyyətiniz “, Uşaq Təşkilatı Birliyinin rəhbəri Qənifə Nağıyeva “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla münasibətdə sizin məsuliyyətiniz“adlı çıxışlar etdilər. MKS-nin 19 saylı filialının müdiri Elza Əliyeva məktəbin XI siniflərinin şagirdlərinə “Cəmiyyətdə hansı sahələrdə özümüzü məsuliyyətli hiss etməliyik?” sualını verdi, XI sinif şagirdlərindən Faizə Əliquzuyeva, Əfsanə Vəliyeva, Sevinc Bağırova, Günay Nuriyeva, Ayşən Nəsibova, Saleh İsmayılov, Eltac Həsənov suala cavab verdilər..Tədbirin sonunda iştirakçılar mövzu ilə bağlı müxtəlif fikirlər bildirdilər.