Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Müdrik insan” başlıqlı onlayn görüş keçirilib

06.06.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 6.06.2022-ci il tarixdə Gəncənin elm həyatında xüsusi yeri olan  Namlet Allahverdiyevin anadan olmasının 82 illiyinə həsr edilmiş "Müdrik insan" başlıqlı onlayn görüş keçirdi. Görüşü açan filialın müdiri Rahilə Qasımova tədbir iştirakçılarını salamladı və qeyd etdi ki, tədbiri keçirməkdə məqsədimiz  Gəncənin elm adamlarını, ziyalılarını  xalqımıza və gənc nəsilə tanıtmaqdır.  Namlet müəllim hal -hazırda AMEA Gəncə Bölməsi Diyarşünaslıq İnstitutunun tarix bölməsinin  elmi işçisidir, ilk öncə Namlet müəllimin  həyatı və elmi fəaliyyət haqqında ətraflı məlumat verildi. Namlet müəllimin AMEA Gəncə Bölməsində  işlədiyi müddətdə müxtəlif jurnallarda 25 məqaləsi və 4 kitabı çap olunub. Tədbirdə AMEA-nın Gəncə bölməsinin  Nizami Gəncəvi irsinin tərcümə şöbəsinin  baş elmi işçisi, Pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Aləmzər Tağıyeva Namlet müəllimin elmə böyük önəm verdiyini və bu yaşda Gəncənin 4000 illiyinə həsr edilmiş kitab üzərində işləməsindən danışdı. Aləmzər xanım  öz şeir kitabından Namlet müəllimə həsr etdiyi misraları söylədi.  AMEA Gəncə bölməsi kitabxanasının müdiri Vüsalə Hüseynova isə Namlet müəllimin  "Gəncə məhəlləri" və başqa kitabları haqqında ətraflı məlumat verdi. O qeyd etdi ki,  Namlet müəllimi tanıyandan hər zaman əlində kitab nə isə öyrəndiyini görmüşəm. Bizim hər birimiz iş yerində ona həm ağsaqqal, həm də çox savadlı bir insan kimi hörmət edir, bir çətinliyimiz olanda ona müraciət edirik. Sonraki çıxışçılar Namlet müəllim haqqında gözəl sözlər söylədilər ve qeyd olundu ki, Namlet müəllim harada işləməsindən aslı olmayaraq hər zaman vəzifəsinin öhtəsindən layiqincə gəlmiş və dövlətimiz tərəfindən "Əməkdə fərqlənmə" medalı, "Oktyabr" ordeni və bir çox qiymətli əşyalarla təltif edilmişdir.  Tədbirdə Gəncə YB baş məsləhətçisi Aləmzər Əlizadə, övladları Turan, Hüseyn nəvələri Aygün və Amalya  iştirak etdilər.  Övladları və nəvələri elmə marağı babalarından öyrəndiklərini və onu çox sevdiklərini söylədilər. Tədbirdə 2 saylı T. Hacıyev adına musiqi məktəbinin vokal sinifinin şagirdi Rövşən Nəsirov mahnılar ifa etdi  və 26 saylı tam orta məktəbin  şagirdləri Xədicə, Məryəm Qocayevalar isə şeirlər söylədilər.
Tədbirdə Namlet müəllimin  həyatı, kitabları və evində topladığı nadir əşyalara aid videoçarx  nümayiş etdirildi.Tədbir sonda Namlet müəllimin ürək sözləri və təşəkkürü ilə bitdi.

 

105.2 KB

 

100.3 KB