Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yeddi  rəngli kəmərim” başlığı altında sərgi təşkil edilib

05.06.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar  “Yeddi  rəngli kəmərim” başlığı altında sərgi təşkil edildi. Sərgidə iştirak edən kitabxananın fəal oxucularına şöbənin kitabxanaçısı Nərmin Qasımova 5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü haqqında geniş məlumat verdi. Bildirdi ki, 1972-ci il iyunun 5-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçın paytaxtı Stokholm şəhərində keçirilən iclasında ətrah mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olub. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi məsələlərinə diqqət yönəldilməsi məqsədi ilə 5 iyun Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verilib. Sonra qeyd etdi ki, doğma yurdumuz Azərbaycan misilsiz  gözəlliklər diyarı, zəngin təbiət muzeyidir. Təbiət bəşər övladının evidir, onu qorumaq, daha da zənginləşdirmək və gözəlləşdirmək insanların müqəddəs borcu, vəzifəsidir. Təbiət bizim sərvətimiz, var-dövlətimiz, məişətimizin, həyatımızın bir hissəsidir. Biz onu qorumalı və inkişaf etdirməliyik. 

Sonda şagirdlər  “Yeddi rəngli kəmərim” başlığı altında hazırlanmış təbiət mövzusunda olan kitablarla tanış oldular. Sərgidə planetimizin və Azərbaycanın bitki örtüyu, eləcədə heyvanlar aləmindən bəhs edən kitablar yer almışdır.

Tədbiri keçirtməkdə məqsədimiz uşaqlarda təbiətə məhəbbəti artırmaq, onu sevərək qorumağı aşılamaqdır.

 

127.9 KB

 

137 KB