06.06.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı 5 İyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar “Ətraf mühitin mühafizəsində gənc nəslin rolu” başlığı altında söhbət keçirtdi. Tədbiri 15 saylı filalın kitabxanaçısı Esmira Məlikova açaraq tədbir iştirakçılarını salamladı. Qeyd etdi ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 5 iyun tarixində keçirilən iclasında ekoloji problemin kəskinliyi, əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsinin qorunmasına diqqətin yönəldilməsinin vacibliyi diqqət önünə gətirilərək 5 iyun tarixinin Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verilmişdir. Bu gün ekoloji problemlər hamını narahat edir. Sağlamlığımıza zərər vurur. Dünyanın bir parçası olan Yurdumuz Azərbaycanın hər qarışı gözəldir. Bu gözəlliyə ziyan vurmamaq, qorumaq və daha da gözəlləşməsi üçün əlimizdən gələni etmək hamımızın borcudur. Sonra kitabxanaçı məktəbliləri “Azərbaycanın dilbər guşələri” başlığı altında təşkil edilmiş sərgi ilə də tanış etdi. Sərgidə yer almış jurnallarda olan Azərbaycanımızın Şəki, Qax, İsmayıllı, Xızı və sair rayonlarımızın əsrarəngiz təbiət görüntüləri onları heyran etdi. Eyni zamanda sərgilənən kitablar arasında yer alan Ayna Uşaq Ensiklopediyasının “Təbiət: bildiklərimiz və bilmədiklərimiz”, “Ekologiya dünyamızın bu günü və sabahı” və sair kimi kitablar onların marağına səbəb oldu. Sonda filialın kitabxanaçısı Esmira Məlikova tədbir iştirakçılarına öz minnətdarlığını bildirib, tədbiri yekunlaşdırdı.