10.05.2018
10.05.2018-ci il tarixində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Heydər möcüzəsi, Heydər qüdrəti, qaldırdı taqətsiz bir məmləkəti” başlığı altında şeir saatı keçirildi.
Tədbiri şöbənin müdiri Ellada Rəhimova açaraq dünya şöhrətli şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti və onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzolunmaz xidmətləri haqqında geniş məlumat verdi. Bildirdi ki, ulu öndər həmçinin Azərbaycanda sülh və sabitliyin qorunması istiqamətində də misilsiz xidmətlər göstərən əvəzolunmaz bir lider idi.
Sonra tədbir şagirdlərin ifasında Qabil Ədalətin- Ulu bir sərkərdə, ulu bir öndər, Həsən Şirinov- Axtarır səni, Dədə Heydər Atatürk, Vətən oğlu, Zəki İslam- Heydər Baba, Fəridə Ləman- Onu zaman seçib və s.adlı ulu öndərə həsr edilmiş səsləndirdikləri şeirlərlə davam etdi.
Şeir saatında əbədiyaşar H.Əliyevin həyatının müxtəlif dönəmlərinə həsr edilmiş videoçarx nümayiş olundu.
Tədbirin sonunda iştirakçılar Ümummilli Lider Heydər Əliyevin həyatı və Azərbaycana göstərdiyi misilsiz xidmətlərindən bəhs edən kitab sərgisi ilə tanış oldular.
Tədbirdə 43 nömrəli məktəbin şagird və müəllim kollektivi iştirak etdilər.