04.06.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə birlikdə 03.06.2022-ci il tarixində 04 iyun Beynəlxalq Təcavüzə Məruz Qalmış Uşaqlar Günü münasibətilə “Uşaqları təcavüzdən qoruyaq” adlı dəyirmi masa keçirdi. Tədbirdə Vətən Müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra. MKS-nin 19 saylı filialının müdiri Elza Əliyeva “Beynəlxalq Təcavüzə Məruz Qalmış Uşaqlar Günü haqqında ”, Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Rasim Alıyev “Öz ölkəsinə, xalqına gərəkli olmaq duyğusunu tərbiyə etmək”, psixoloq Qətibə Mustafayeva “Həm uşaqların, həm də valideynlərin hüquq və öhdəlikləri “, Uşaq Təşkilatı Birliyinin rəhbəri Qənifə Nağıyeva “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında “, Məktəbin kitabxana müdiri Ruziyə Abbasova “Uşaqlar bu günün sabahı, sabahın isə ümididir”, kitabxanaçı Jalə İsmayılova “Zərərli vərdişlərdən uşaqları qoruyaq” adlı çıxışlar etdilər .Tədbirin sonunda mövzu ilə bağlı müxtəlif fikirlər bildirən tədbir iştirakçılarına “Uşaqları təcavüzdən qoruyaq” adlı bukletlər verildi.