Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şəhidlər unudulmur” adlı anım saatı keçirilib

03.06.2022

03 iyun 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi və Şəhər Kitabxana filialının birgə təşkilatçılığı ilə Goranboy rayonunun 44 günlük vətən müharibəsi zamanı iyun ayında anadan olmuş Goranboy rayonunun Quşçular kənd sakini Eltay Əli oğlu Quliyevin anadan olması günü münasibətilə "Şəhidlər unudulmur" adlı anım saatı keçirildi. Tədbiri giriş sözü ilə Şəhər Kitabxana filialının multimedia mütəxəssisi Kəmalə İsmayılova açaraq Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda etmiş igidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi ve 44 günlük müharibədə Goranboylularin əvəzolunmaz igidliklərindən danışdı. Heydər Əliyev Mərkəzinin elmi-işçisi Şəbnəm Əliyeva Goranboy rayon Quşçular kənd sakini Eltay Əli oğlu Quliyevin həyatından və keçdiyi həyat yolundan məlumat verdi. Mərkəzi Kitabxananın əməkdaşı Rəxşəndə Xəlilova və Şəhər Kitabxana filialının böyük kitabxanaçısı Narıngül Quliyeva məruzə ətrafında çıxış etdilər. Sonda "Şəhidlər ölməz, vətən bölünməz" adlı foto-stend qarşısında xatirə şəkili çəkildi.

 

399.8 KB

 

357.9 KB