03.06.2022
03 İyun 2022 –ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Mədəniyyət Mərkəzində Əhməd Cavadın 130 illiyi ilə əlaqədar “Cümhuriyyət deyəndə yada Əhməd Cavad düşür” adlı dəyirmi masa keçirildi.
İlk öncə Azərbaycan Respublikasının suverenliyi ,torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Daha sonra Gəncə şəhər Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin məlum sərəncamına əsasən bu il , yəni 2022-ci ildə Cümhuriyyət şairi Əhməd Cavadın 130 illiyi qeyd edilir.
Afina Ələkbərova Əhməd Cavadın həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. O, qeyd etdi ki, şairin bədii –siyasi ideya dünyası təbiət və sevgi lirikası qədər çeşidli və zəngindir.O, təkcə üçrəngli bayrağa alti nəğmə yazmışdır. Azərbaycan Dövlət Himninin mətni, həmçinin “Can Azərbaycan”, ” Al bayraq “, ”Azərbaycan bayrağına “ kimi əsərlər Əhməd Cavada məxsusdur.Əhməd Cavad Azərbaycan ədəbiyyatı tarixinə həm də görkəmli tərcüməçi kimi daxil olmuşdur.
Cümhuriyyət şairi Əhməd Cavadın 130 illiyinə həsr olunmuş tədbirdə məktəblilər şairin müxtəlif illərdə , müxtəlif səpkilərdə yazdığı şeirlərdən , bayatılardan parçalar söylədilər.