Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qəhrəmanlar qəlbimizdə daima yaşayacaq” başlıqlı anım günü keçirilib

03.06.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana  Sisteminin Səyyar şöbəsi 03.06.2022-ci il tarixdə Gəncə şəhər 32 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Məmmədov Mövsüm Şahin oğlunun anadan olmasının 55 illiyi ilə əlaqədar olaraq "Qəhrəmanlar qəlbimizdə daima yaşayacaq" başlıqlı anım günü keçirdi.

İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Səyyar şöbənin böyük kitabxanaçısı Sevinc Ağazadə tədbiri açıq elan edərək, bildirdiki vətən, millət qeyrəti üçün şücaət göstərən igidlərimiz az deyil. Belə qəhrəman igidlərimizə misal olaraq Məmmədov Mövsüm Şahin oğlunu göstərə bilərik. Məlumat verilərək bildirildiki Məmmədov Mövsüm Şahin oğlu 1967-cil il iyun ayının 6-da Xocalı rayonunun Kosalar kəndində dünyaya göz açmışdır.  Milli Qəhrəman Məmmədov Mövsüm  Şahin oğlunun vətəni,xalqı,milləti uğurunda misilsiz xidmətləri olmuşdur. Gözünü qırpmadan öncə vətən deyib qəhrəmancasına  sücaət göstərmişdir. Məmmədov Mövsüm 1992-1993-cü illər ərzində erməni işğalçılarına qarşı vuruşmuşdur. Həmçinin Xocalı faciəsi zamanı onlarla insanın həyatını qəhrəmancasına xilas etmişdir. Şuşa Rayon Polis Şöbəsində böyük komandir vəzifəsində xidmət etmişdir. Nə qədər ki, bu cür qorxmaz,mərd,sarsılmaz igidlərimiz var düşmənlərimiz hər zaman sarsılacaq və məhv olacaq. Qəhrəmanlarımızın sücaətindən nə qədər danışsaqda azdır. Azərbaycan Respublikası Prezidentinin  25 fevral 1997-ci il tarixli 533 saylı fərmanı ilə Məmmədov Mövsüm Şahin oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Qəhrəmanlar qəlbimizdə daima yaşayacaq və əbədi var olacaqlar.

 

110 KB

 

105.3 KB