02.06.2022
Naftalan şəhər uşaq musiqi məktəbi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Naftalan şəhər Reabilitasiya Mərkəzində "Uşaqların Beynəlxalq Müdafiə günü"ilə əlaqədar tədbir keçirilmişdir.Tədbirdə əvvəlcə Naftalan səhər Heydər Əliyev Mərkəzinin təşkil etdiyi rəsm sərgisi və əl işləri nümayiş etdirilmiş, məktəbin direktoru Almaz Əliyeva çıxıs edərək,tədbirdə iştirak edən uşaqları bayram münasibətilə təbrik etmişdir.Daha sonra məktəbin bir qrup şagird və müəllim kollektivi şəhid və qazi ailələri,Qarabağ qaziləri və əlillər qarşısında konsert proqramı ilə çıxış etmişlər.Şəhid anası Tünzalə Zöhrabova, bir qrup əlil və Mərkəzin baş həkimi çıxış edərək,tədbir təşkilatçılarına öz minnətdarliqlarını bildirmişlər. Tədbir uşaqlar ücun Reabilitasiya Mərkəzi tərəfindən təşkil edilmiş əyləncə proqramı ilə başa çatmısdır.Sonda məktəbin kollektivi, Mərkəzin həkim və işçi heyəti,şəhid ailələri, qazilər və əlillərlə xatirə şəkilləri çəkdirilmisdir.