10.05.2018
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 saylı kitabxana filialında 10 may 2018-ci il tarixdə Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə sərgi təşkil olundu.
Tədbirdə Gəncə Dövlət Universitetinin müəllim və tələbələri , kitabxananın fəal oxucuları iştirak etdi.Tədbiri kitabxabnanın müdiri Lyudmila Axundova açaraq qeyd etdi ki, bütün dünyada böyük nüfuz qazanmış, görkəmli dövlət xadimi, ulu öndərimiz , dahi şəxsiyyətimiz Heydər Əliyevin bu gün doğum günüdür. Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Heydər Əliyev böhranlar dövründə ölkəmizə sabitlik gətirdi. Bu gün xalqımız onun qoyduğu irs ilə fəxr edir. Gəncə Dövlət Universitetinin kitabxana müdiri Saidə xanım çıxışında bildirdi ki, Ümummilli lider Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı,zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxartmışdır. Bir sözlə Heydər Əliyevin adı doğma torpaqla bağlıdır. Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində təşkil olunmuş “Dünyanın hər yerindən görünən zirvə” başlığı altında təşkil olunmuş sərgi ilə tanış oldular. Sərgi iştirakçıların çox böyük marağına səbəb oldu. Sərgi ilə bağlı verilən hər bir sualı kitabxananın əməkdaşları dolğun cavablandırdılar. Sonda tədbir iştirakçılarına Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı video-çarx təqdim olundu.