02.06.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasında növbəti seminar müşavirə keçirilib.
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin şöbə və kitabxana filialların işçilərinin iştirakı ilə keçirilən seminarda kitabxanaların fəaliyyəti, oxuculara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, 2022-ci ilin “Şuşa ili” elan edilməsi, ədəbiyyat və incəsənət xadimlərinin yubileyləri ilə bağlı verilən sərəncamların təbliğinə dair, kitabхanalarda ümummilli lidеr Heydər Əliyеv irsinin təbliği ilə bağlı dahi şəxsiyyətə həsr olunmuş tədbirlərin təşkili, ALİSA proqramının modulu “Yeni oxucu, Oxucu, Veriliş modulları”, “Uşaqların mütaliəsinə rəhbərlik və mütaliəyə maraq oyatmağın yolları” və digər mövzularla bağlı tövsiyələr verilib, kitabxanalarda mədəni-kütləvi tədbirlərin keçirilməsi müzakirə edilib.
Seminar müşavirədə Metodiki işlərin təşkili şöbəsinin müdiri İradə Abbasova qeyd etdi: “Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinin keçirilməsi ilə bağlı 18 fevral 2021-ci il sərəncamından sonra ölkəmizdə geniş miqyaslı tədbirlər keçirildi. Belə tədbirlərin Gəncə şəhərində keçirilməsində əvəzsiz xidmətləri olan Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova 29 may 2022-ci il tarixdə “Dədə Ələsgər Ocağı” ictimai birliyinin ən ali mükafatı olan "Aşıq Ələsgər-200" yubiley medalı və fəxri diplomu ilə təltif edilmişdir. Bu münasibətlə Fəridə xanımı bütün kollektivimiz adından təbrik edirik.”
MKS-nin direktor əvəzi Fəridə Qədimova çıxış edərək, “Dədə Ələsgər Ocağı” ictimai birliyinin ünvanına təşəkkür edərək qeyd etdi ki, çox qürir duyuram və , hesab edirəmki bu təltif kitabxana sisteminin əməyinə verilən dəyərli qiymətdir.
Seminar müşavirədə Gəncə şəhər MKS-nin şöbə və filiallarının işçiləri müxtəlif mövzularda çıxışlar ediblər.