Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Dünyamızın sevincidir uşaqlar” başlıqlı onlayın görüş keçirilib

02.06.2022

1.06.2022-ci il tarixdə  Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana  filialı 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Dünyamızın sevincidir uşaqlar" başlıqlı onlayın görüş keçirdi.  Görüşü kitabxana filialının  müdiri Rahilə Qasımova açaraq tədbir iştirakçılarını salamladı və uşaqları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik  etdi, uşaqlara aydın səma, firəvan həyat,  qayğısız uşaqlıq illəri arzuladı. Rahilə Qasımova 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününün yaranması haqqında məlumat verdi: İlk dəfə olaraq 1924-cü ildə Uşaqların hüquqlarını təmin  edən  bəyənnamə qəbul edildi. 1949-cu ildə isə qadınların beynəlxalq  demokratik federasiyasının  növbəti sessiyasında 1 İyun Uşaqların  Beynəlxalq Müdafiəsi Günü kimi qəbul edilməsi qərara  alındı. Sonra tədbirdə iştirak edən K.D.Uşinski adına 29 saylı orta məktəbin Uşaq Təşkilatı Birliyinin Rəhbəri  Mehriban Allahverdiyeva  dövlətimizin hər zaman öz qayğısını uşaqlardan əsirgəmədiyini, körpələrin azad, firəvan yaşaması üçün həmişə zəruri addımlar atdığı haqqında məlumat verdi.  Mehriban müəllimə həmçinin 1998-ci ildə ölkəmizdə qəbul edilmiş "Uşaq hüquqları haqqında" normativ sənəd və uşaqların normal inkişafı, böyüməsi, sağlamlığı haqqında qəbul edilmiş Dövlət proqramları haqqında da məlumat verdi.Tədbirdə həm də  Vətən müharibəsində hər iki valideyinlərini itirmiş və irsi xəstəliklərdən əziyyət çəkən uşaqları dövlət  öz himayəsinə götürülməsindən də söhbət açıldı.
 Tədbirə dəvət edilmiş 29 saylı tam orta məktəbin şagirdlərindən dərs əlaçısı Aysun Abdullayeva yazdığı "Azərbaycan", "Vətənimsən Azərbaycan", "Şəhidlər" şeirlərini söylədi və həmin şeirlərin "Gəncənin səsi" qəzetində çıxmasından danışdı. Dərs əlaçısı Aygün Məhərrəmova, respublikada uşaqlar arasında keçirilən "Kim?Harda?Necə?" yarışının kapitanı Güldöşə Hüseynova yarışlarda əldə etdikləri nailiyyətlərdən, Rəna Əliyeva tennis yarışlarında tutduğu yerlərə görə aldığı 4 diplomundan,  Gülər Bayramova həm tennis yarışlarında həm də  biologiya, riyaziyyat fənlərindən əldə etdiyi uğurlarından, Xəyal  İmamverdiyev taekvondo yarışlarında qazandığı 2,3 yerlər haqqında, Elcan Əkbərov hər zaman dərs əlaçısı olmasından, Aysun Dadaşova ədəbiyyata olan xüsusi marağından, Adil  Nağıyev isə güləşdə öz yaşıdları arasında tutduğu 2,3 yerlər, 24 saylı tam orta məktəbin şagirdi Nuray Quliyeva dərs əlaçısı olmasından  bir sözlə uşaqlar hər biri öz gələcək arzularından və vətənə layiqli övlad olacaqlarından danışdılar. Tədbirdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş videoçarx nümayiş etdirildi.