02.06.2022
01iyun 2022-ci il tarixində Naftalan şəhər uşaq musiqi məktəbində "Uşaqların Beynəlxalq Müdafiə günü"nə həsr olunmuş tədbir keçirildi.İlk öncə məktəbin direktoru Almaz Əliyeva tədbirdə iştirak edən bütun uşaqları bayram münasibətilə təbrik etdi,sonra məktəbin fortepiano müəllimi Ceyhunə Tanrıverdiyeva "Uşaqların Beynəlxalq Müdafiə günü"nün yaranma tarixi,BMT-nın "Uşaq hüquqları haqqında Konvensiya"nın müddəaları,"Uşaq hüquqları haqqında "Azərbaycan Respublikasının Qanunu barədə tədbir iştirakçılarını məlumatlandırdı.Tədbirdə məktəbin şagirdlərindən ibarət xor qrupunun çıxışı ilə Ağabacı Rzayevanın "Kukla","Qaranquş"mahnıları,"Misiri"sazcalanlar qrupunun ifasında aşıq havaları,"Cəngi "qarmonçalanlar ansamblının,"Vətənpərvərlər" qrupunun maraqlı çıxışları ,səhnəciklər,müxtəlif alətlərdə Azərbaycan xalq mahnı və rəqsləri,Azərbaycan və xarici bəstəkarların əsərləri fərdi ifalarla valideynlərə və tədbir iştirakçılarına təqdim olundu.