02.06.2022
01.05.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin Qiyaslı kənd kitabxana filialı 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibəti ilə ”Ömrümüzün bəzəyidir uşaqlar " adlı görüş keçirdi. Qiyaslı kənd kitabxana filialının müdiri Cəfərova Günel giriş sözü ilə tədbiri açaraq uşaqları təbrik etdi.O,qeyd etdi ki,ölkəmizdə yaşayan bütün uşaqların hüquqları dövlət tərəfindən qorunur.Hər bir uşağın yaşamaq,təhsil almaq,istirahət etmək və s.hüquqları var.Bütün uşaqlar qalib,qüdrətli ölkəmizin vətəndaşlarıdır.Uşaqların da vətəndaşlıq borcu yaxşı oxumaq,millətə dövlətə xeyirli vətəndaş olmaqdır.Sonra uşaqlar kiçik yaşlı uşaq üçün jurnallarla tanış oldular.Kitabxanaçı uşaqlara B.Suteyevin "Miyo eləyəyən kim idi?,Şarl Perronun "Çəkməli pişik" nağıllarını oxudu.Sonda uşaqların sualları cavablandırıldı.