Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər adlı günəş sönməz

07.05.2018

07..05.2018-ci il tarixdə gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 21 saylı kitabxana filialı 1 saylı orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar “ Heydər adlı günəş sönməz “ başlığı altında şeir gecəsi keçirdi. Böyük kitabxanaçı Sahilə Şabanova Ümummilli lider Heydər Əliyevin həyat yolu və yaradıcılığı haqqında iştirakçıları məlumatlandırdı.Heydər Əliyev Azərbaycan xalqının tarixində bənzəri olmayan müdrik,qüdrətli zəkaya malik,uzaqgörən,doğma vətənə,torpağa,xalqa sonsuz bağlı bir insan idi. 1 saylı məktəbin direktoru Mətanət Qarayeva çıxış edərək,bildirdi ki,Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin zəngin həyatı və fəaliyyətindən,mədəniyyətimizə göstərdiyi diqqət və qayğıdan söhbət açdı.Bu gün müstəqil Azərbaycanın tərəqqi edib çiçəklənməsi,xalqın güzaranının,maddi rifah halının yaxşılaşdırılması ulu öndərimizin adı ilə bağlıdır.

Tədbirdə 1 saylı orta məktəbin müəllim və şagird kollektivi iştirak etdi.Şagirdlər Ulu Öndərə həsr olunmuş şeirlər,mahnılar,rəqs və bədii gimnastika nömrələri ilə çıxış etdilər.Sonda ulu öndərə həsr edilmiş video çarx nümayiş etdirildi.